AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıdan olan güləşçi Avropa çempionu oldu

  • + A
  • - A
  • 16-06-2022, 21:06

    Masallıdan olan güləşçi Avropa çempionu oldu



    Masallıdan olan güləşçi Avropa çempionu oldu

    Azadmedia.az - Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı baş tutub.

    Sərbəst güləşçilər arasında qitə çempionatında 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova uğurlu nəticələrlə azarkeşlərini sevindirib. Belə ki, 16 yaşlı idmançımız 1/8 finalda ispaniyalı Kandela Giraldes Markesə, 1/4 finalda rumıniyalı Ana Mariya Rotaruya "tuşe" ilə, yarımfinalda isə türkiyəli Şevval Çayıra 8:5 hesabıyla qalib gələrək finala yüksəlib.

    Ruzanna Məmmədova final mərhələsində Fabiana Rinellaya qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə sahib olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR