Gəncədə intihara cəhd hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva dərman içərək özünü zəhərləyib.
Onun intihara hansı səbəbdən cəhd etməsinin səbəbləri məlum deyil.
Hazırda məktəb direktoru Gəncədə yerləşən xəstəxanların birində müalicə alır.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.