AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət edilmişdir

  • + A
  • - A
  • 9-07-2022, 22:00

    Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət edilmişdir


    İyul ayının 9-da Qurban bayramı münasibətilə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov aparatın əməkdaşları və bir qrup YAP fəalı ilə rayonun Salmanbəyli kəndində Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş kapitan Samir Mikayıllının ailəsini ziyarət etmişlər.
    Əvvəlcə kəndin mərkəzində kənd şəhidlərinin xatirəsinə salınmış xatirə parkında Samir Mikayıllının və digər şəhidlərin abidəsi önünə tər çiçəklər düzərək onların xatirəsi ehtiramla yad edilmişdir.
    Sonra ziyarətçilər şəhidin ailəsini ziyarət etmişlər.YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və digər ziyarətçilər kapitan Samir Mikayıllının evdə hazırlanmış xatirə guşəsi ilə tanış olmuş, onun döyüş yolu və aldığı orden və medallarla, həmçinin şəhidin şəxsi əşyalarından ibarət eksponatlarla tanış olmuşlar.
    Çay süfrəsi arxasında söhbət zamanı Rövşən Əhmədov Erməni işğalçıları üzərində qazanılan Zəfər qələbəsinin Samir kimi canından keçən qəhrəman şəhidlərimiz və qazilərimiz qanı bahasına əldə edildiyini vurğulamış, müqəddəs şəhidlərimizə Allahdan rəhmət və qazilərimizə şəfa diləmişdir.
    Kənd ağsaqqalı, şəhidin yaxın qohumu Heydər Məmmədov və şəhidin atası Sabir Sultanov Qurban bayramı münasibətilə onları ziyarət etdikləri üçün qonaqlara təşəkkür etmiş, şəhidlərə və qazilərə daimi diqqət və qayğı göstərdiyinə görə Ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişlər.
    Həmin gün rayonun Yeni Qaradolaq kəndində şəhid Hafiz Həziyevin ailəsi də ziyarət edilmişdir.Şəhidin ailə üzvüləri ilə çay süfrəsi arxasında söhbət zamanı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbiçilərimizin 44 gün ərzində qazandığı qələbədə igid həmyerlimiz Hafis Həziyevin o cümlədən rayonun 42 şəhidinin və yüzlərlə qazilərinin qəhrəmanlığı nəticəsində əldə edildiyini vurğulamışdır.
    Söhbət zamanı şəhidin atası Varoğlu Həziyev, anası Təranə Həziyeva onları yad etdikləri üçün YAP Ağcabədi rayon təşkilatının əməkdaşlarına öz minnətdarlığını bildirmişdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR