AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gələcək əməkdaşlığımızın yol xəritəsi

  • + A
  • - A
  • 23-07-2022, 16:15

    Gələcək əməkdaşlığımızın yol xəritəsi
    Məşhur Məmmədov,
    Millət vəkili


    Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir. Son iqtisadi-siyasi hadisələr göstərdi ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşü zamanı vurğuladığı məqama diqqət yetirək deyib: “Bugünkü memorandum gələcək üçün bir növ yol xəritəsidir. Bizim daha əvvəl planlaşdırdıqlarımızın hamısını həyata keçirdiyimizi nəzərə alsaq, əminəm ki, biz böyük uğur görəcəyik. Bizim bu gün müzakirə etdiyimiz digər məsələlər arasında kommunikasiya, əlaqə də var idi. Azərbaycanın coğrafi mövqeyini və modern nəqliyyat infrastrukturunu nəzərə alsaq, bizim potensialımızın əlaqələndirilməsi istiqamətində daha fəal işləməyimizə ehtiyac var. Çünki burada, Xəzərin qərb sahilində Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına, modern infrastruktura, gəmiqayırma zavoduna, yeni dəniz limanına və bizi bütün qonşularımızla əlaqələndirən dəmir yoluna malikdir”.

    Cənab Prezidentin qeyd etdiyi kimi, qarşıdakı illərdə yeni qaz yataqlarının istismarı təbii qaz istehsalını artıracaq və alternativ enerjinin istifadəsi daha çox təbii qaz ixracına imkan verəcək.

    Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir.

    Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlanıb.

    Mütəxəssislərin rəyinə görə Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı 157 qeqavata bərabərdir. Gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur. Bərpaolunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır.

    Demək olar ki, planlaşdırılmış bütün məsələlər icra olunub. Şəbəkələrin qurulması əsas məsələlərdən biridir. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularla birləşdirən dəmir yolları var, bu da ikitərəfli əməkdaşlığa mühüm töhfə verir. Prezident İlham Əliyevin Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində iş aparılması, gələn ay hazırlıq işlərinin başa çata bilməsini söyləməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyindən xəbər verir. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də ikitərəfli qaydada işlər aparılır. Bir sözlə, Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Ticari dövriyyənin artırılması xalqlarımızın rifahı naminədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR