AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TDT Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində göstərilən səyləri dəstəkləyir

  • + A
  • - A
  • Bu gün, 13:23

    TDT Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində göstərilən səyləri dəstəkləyir


    Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr Zəngəzur dəhlizini funksional hala gətirmək və inkişaf etdirmək istiqamətində göstərilən səyləri dəstəkləyir.

    Bu barədə məlumat TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekununda qəbul edilmiş Qəbələ Bəyannaməsində əks olunub.

    Sənəddə üzv ölkələrin Bakı-Tbilisi-Qars dəmir yolundan maksimum potensialla istifadə etmək öhdəliklərini bir daha təsdiqlədikləri qeyd olunub:

    "Eyni zamanda, Trans-Xəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhlizinin və Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun regionlararası əlaqələrin gücləndirilməsi və Avropa ilə Asiya arasındakı ticarət marşrutlarının şaxələndirilməsi baxımından əhəmiyyətini vurğulayırıq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR