AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xorvatiya parlamentinin sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

  • + A
  • - A
  • Bu gün, 10:42

    Xorvatiya parlamentinin sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

    Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib.

    Qonaqlar Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

    Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

    Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

    Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Musa Qasımlı və digər rəsmi şəxslər müşayiət ediblər.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR