AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi - ÖZƏL

  • + A
  • - A
  • 2-09-2022, 14:44

    Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi - ÖZƏL


    Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi.


    Ümummilli Lider Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.
    Məlumdur ki, xalqımızın və dövlətimizin xilaskarı Ümummilli Lider H.Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri əvəzsizdir.
    Dahi öndərin həm SSRİ dönəmində, həm də müstəqillik illərində xalqı üçün gördüyü tarixi əhəmiyyətə malik olan işlərlə yaddaşlarda qalıb.
    Naxçıvanın xilası və dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır.Hamıya bəllidir ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb vəziyyətlə üz-üzə idi. SSRİ-nin sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan özbaşınalıq ölkələrin daxılı həyatına da təsir etmişdi. Eyni zamanda həmin dövrdə Naxçıvan MR –nın blokada şəraitində olması, sosial-iqtisadi durumun bərbadlığı Naxçıvanın vəziyyətini çox ağırlaşdırmışdı.
    Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin Sədri seçilən H.Əliyevin gərgin əmək fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi. Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.
    O, dövrə nəzər saldıqda görürük ki, milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malikdir. Dövlət rəmzlərinin bərpası, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. Naxçıvan Ali Məclisinin 1-ci sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir addımın atılması böyük bir səriştə tələb edirdi və Ulu Öndər bunu nümayiş etdirdi.
    Ulu Öndər milli ideoloji məsələləri önəçəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edildi. Bundan əlavə, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə də Qərar qəbul edildi.
    Digər tərəfdən də beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı, xüsusi ilə də, Türkiyə və İranla qarşılıqlı əməkdaşlıq gücləndirildi.
    Beləliklə, Ulu Öndərin 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Mıclisinin Sədri seçilməsi muasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindəndir.
    Siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini, həmrəyliyini təmin etmiş oldu.
    O, dövrdən bəhs edərkən bir məqamı da xatırlamaq lazımdır. Bu, 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı H.Əliyevə müraciət etdi və Əliyevin ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında YAP təsis edildi, Ulu Öndər partiyanın sədri seçildi.Partiyanın yaranması ilə Azərbaycanın siyasi tarixində mühüm bir səhifə açıldı.


    Ş.Xəlilova - S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR