AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi - ÖZƏL

  • + A
  • - A
  • 3-09-2022, 14:46

    Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi - ÖZƏL

    Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində
    Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi ilə əlaqədar

    Azərbaycan dövlətçilik tarixində silinməz və əbədi izlər qoyan, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişi çox təzadlı illərə təsadüf edirdi. Dağlıq Qarabağda ermənilərin ged-gedə azğınlaşmış hərəkətləri,Bakıda isə Rusiyaya satılmış qüvvələrin xalqa zidd siyasət yürütmələri Azərbaycanda böhranı getdikcə daha da ağırlaşdırırdı. Xalqın qabaqcıl ziyallılarının suverenlik və özgürlük istəkləri isə həqarətlə qarşılanır və bunun nəticəsində isə Mixail Qorbaçovun əmri ilə Bakıda 20 Yanvar hadisəsi törədərək xalqı mənən sındırmaq istədilər. Bu hadisələr zamanı böyük erməni lobbisinin illərlə davam edən saxta oyunu və sovinist rus rəhbərlərinin apardığı siyasətə görə SSRİ-dönəmində tutduğu məsul vəzifədən uzaqlaşan Heydər Əliyev heçdə Azərbaycanla olan bağlantılarını kəsmədi.Məhz 20 Yanvar hadisəsi zamanı Moskovada Rusiyanın daimi nümayəndəliyinə gedərək öz etirazını bildirmiş və Mixail Qorbaçovun hərəkətlərini pisləyərək Beynəlxalq təşkilatları Azərbaycan xalqına qarşı törədilmiş qanlı terror aktına hüquqi qiymət verilməsinə çağırmışdır.
    Azərbaycanda isə vəziyyət getdikcə daha kritik şəkil alırdı. Xalq düşdüyü vəziyyətdən çıxış yolu axtarırdı. Azərbaycanın həmin dövr rəhbərləri isə nəinki xalqı bu vəziyyətdən çıxartmır, əksinə rusiyapərəst qərarlar qəbul etməklə labüd vəziyyəti daha da ağırlaşdırırdı.
    Ulu öndərin Heydər Əliyevin 1991-ci ildə Naxçıvana qayıdışı və sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi Azərbaycanın xeyrinə böyük dönüş demək idi. Məhz Heydər Əliyevin bu qayıdışını ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə dönüşü adlandırmaq olar. Bu elə bir zaman idi ki, Naxçıvan blokada şəraitində yaşayırdı. Ulu öndər bu vəzifəyə gəlməklə nəinki Naxçıvanı xilas etdi həm də onu dirçəltdi.
    Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri,şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Ulu öndərin Naxçıvan Ali Məclisinin sədri seçiləndən sonra gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, elektirik enerjisinin olmadığı, əhalinin sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali məclisin sədri seçilən Ulu Öndər həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Məhz Ulu Öndərimizin Naxçıvana gəlişi ilə milli dövlətçilik ənənələrinin bərpasına başladı. Belə ki, Muxtar Respublikanın Dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. İlk dəfə üçrəngli bayrağımız 17 noyabr 1990-ci ildə Naxçıvan Ali Məclisinin I sessiyasında qaldırıldı. Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Bir həqiqət də var idi ki, SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi. Təbii ki, bu hünər yalnız Ulu Öndər Heydər Əliyevə aid idi. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu Naxçıvan MR ərazisindən çıxarıldı.
    Ulu Öndərin milli ideoloji xidmətlərindən biri də tarixi qərar olaraq 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi oldu. Dünya azərbaycanlılarının doğma vətənimizlə əlaqəsini yaratmaq məqsədilə 31 Dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi digər bir tarixi qərar idi. Ulu Öndərin Naxçıvan MR Rəhbərliyi dövründə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, aqrar islahatların keçirilməsi, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Digər tərəfdən Naxçıvanı blokada şəraitindən çıxartmaq, sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması və inkişafı yolunda mühüm addımlar atıldı.
    Qonşu dövlət olan Türkiyə və İranla qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığa əsaslanan rəsmi sənədlər bağlandı. Təkcə Türkiyə Respublikası ilə bağlanmış saziş əsasında iki dövlət arasında qurulan “Naxçıvan-Dilucu”körpüsü blokadanın sındırılması yolunda ən böyük addım oldu. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini təmin etmiş oldu.
    Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası məhz Ulu Öndərin Naxçıvana rəhbərliyi dövründə yarandı. Siyasi səhnədə öz dəsti-xəttini qoyan və xalq tərəfindən dəstəklənən YAP və onun sədri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrək Azərbaycanın tərəqqi yolunda yeni bir siyasi səhifə yaratdı.


    Ramiz Cəfərov adına 6 nömrəli tam orta məktəbin direktor əvəzi - Zeynalova Lətafət Baba qızı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR