İranın Zəncan şəhərində güneyli fəal Səfiyə Qarabaği hökumət qüvvələri tərəfindən həbs edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Bildirilir ki, Güney Azərbaycanın qadın hüquqları müdafiəçisi iş yerində saxlanılıb. Onun telefonu, kompüteri və başqa şəxsi əşyaları müsadirə edilib.
Qadın fəalın hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat verilməyib.
Qeyd edək ki, Güney azərbaycanlı fəal Səfiyə Qarabaği bundan öncə də təzyiqlər və həbslə üzləşib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.