AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tailandda bağçaya silahlı hücum - 22 uşaq öldü (YENİLƏNİB)

  • + A
  • - A
  • 6-10-2022, 13:25

    Tailandda bağçaya silahlı hücum - 22 uşaq öldü (YENİLƏNİB)


    Xəbər verdiyimiz kimi, ölkənin şimal-şərqində yerləşən Nonq Bua Lamphu şəhərindəki uşaq bağçasında atışma baş verib.

    Azadmedia.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ilə bağlı polis yeni açıqlama verərək, ölənlərin sayının 34-ə çatdığını bildirib. Qeyd edilir ki, həyatını itirənlərdən 22-si uşaqdır.

    Tayland polisi həmçinin keçmiş polis olduğu üzə çıxan hücumçunu tutmaq üçün bütün səlahiyyətlilərin xəbərdar olduğunu bildirib. Polisin adının Panya Khamrap olduğu öyrənilib. Cinayətkarın həm silah, həm də bıçaqdan istifadə etdiyi qeyd edilib.

    Tayland mətbuatında çıxan xəbərlərdə Panya Khamrap adlı keçmiş polisin ağ rəngli dördqapılı pikap sürərkən narkotik aludəçisi olduğu üçün işdən çıxarıldığı bildirilir. Həmin şəxsin sabah məhkəmə qarşısına çıxacağı gözlənilir.

    Qeyd edək ki, cinayətkar həyat yoldaşı və uşağını da öldürərək intihar etdiyi qeyd edilir.

    *** 12:26

    Bu gün Tailandda uşaq bağçasına silahlı basqın olub.

    AzadMedia.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 31 nəfər həlak olub. Onların arasında uşaqlar da var.

    Qeyd edək ki, hücum edənin keçmiş polis əməkdaşı olduğu və axtarışların davam etdiyi bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR