“Yeniyetmələrin hisslərinə və qorxularına hörmət etməliyik“
Yeniyetməlik uşaqlıq və yetkinlik arasında 11-12 yaşdan başlayaraq 20 yaşın əvvəlinə qədər davam edən, sürətli fiziki, əqli və sosial dəyişiklikləri ehtiva edən keçid dövrüdür. Yeniyetməlik fərdin şəxsiyyətinin oturuşmağa başladığı, həyata baxışının aydın olduğu, fiziki və mənəvi inkişafının sürətlə inkişaf etdiyi dövrdür. Yetkinlik dövründə bir çox psixi problemlər müşahidə edilə bilər.
Saydığımız bütün bu proseslərin meydana çıxması, nəticələri, problemləri və həlli yolları barədə Psixoloq, Deffektoloq Fidan Bağırova
Azadmedia.az-ın redaktoru Ülkər Piriyevanın suallarına açıqlama gətirib.
- Yeniyetməlik dövrü - inkişaf psixologiyası nədir? Yeniyetməlik dövründə - bioloji yetkinləşmə, şəxsi ünsiyyət, özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmə, mənlik şüuru, özünüdərketmə, ictimai-əxlaqi münasibət normaları, Real və ideal "Mən"in formalaşması prosesi gedir.
Yeniyetməlik dövrü bədən, boy olaraq böyümənin, hormonal, cinsi, sosial, duyğusal, şəxsi və ən nəhayət, zehni dəyişim və inkişafın olduğu çağla başlayan, bədən olaraq böyümənin tamamlanması ilə sonlandığı düşünülən xüsusi bir dövrdür. Sürətli boy uzanması (qızlar üçün ortalama 11 yaşında, oğlanlar üçün isə, 14 yaş ətrafında sürətli boy uzanması dövrü başlayır. Yeniyetmə qısa müddətdə 10-dən 20 sm-ə qədər sürətli şəkildə uzanır.
Bu dövrdə bədən nisbətləri dəyişir. Əvvəlcə əllər və ayaqlar böyüyür, qollar və qıçlar uzanır. Oğlanlarda səs dəyişir, çatlayır və qalınlaşır. Bədən yağ paylaşımında cinsiyyətə xas dəyişikliklər ortaya çıxır, qızlarda çanaq bölgəsi genişləyərkən oğlanlarda sinə bölgəsində genişləmə olur. Oğlanlarda həmçinin əzələ inkişafı sürətlənir. Dəridə yağlanma artır. Bu yağlanma sızanaqların ortaya çıxmasına səbəb olur. Qız və oğlan tipli tüklənmə başlayır. Cinsi orqanlarda cinsiyyətə xas dəyişikliklər ortaya çıxır. Yeniyetmələrdə müstəqilliyini qoruyub saxlamaq refleksi, ünsiyyət tələbatı formalaşır
- Bəs, Yetkinliyin əlamətləri hansılardır?Ehtiyyatsızlıq - Qol və qıçların ani uzanması, əzələ gücündəki dəyişikliklər yeniyetmələrin hərəkətlərini nəzarət etməsində çətinliklər yaradar.
Boy uzanması ilə əlaqədar qayğılar - Yeniyetməlik dövründə eyni yaşdakı uşaqlar fərqli sürətlərdə və zamanlarda uzanarlar. Bu vəziyyət özlərini digərləri ilə müqayisə etmələrinə və inkişafları ilə əlaqədar qayğılar yaşamalarına səbəb olar. Bədəndəki ani dəyişikliklərin, sinələrin inkişafının ətrafdan fərqinə varılması qayğısı bəzi yeniyetmələrin bədənlərini gizlətmə səyi içinə girməsinə, donqar dayanmağa və ya bol geyimlərə yönəlməsinə səbəb olar.
Yemə pozuntuları - Cəmiyyətin gözəlliyə bağlı normalarına uyğun gəlmə səyi bəzi yeniyetmələrin həddindən artıq sərt diyetlər saxlamalarına və fiziki inkişafı dayanma nöqtəsinə gətirən yemək yemə pozuntularının ortaya çıxmasına səbəb ola bilməkdədir.
Səsi gizləmək - Səsdə ortaya çıxan çatlama bəzi gənclərin bu vəziyyətdən narahatlıq duymalarına və səslərini gizləmək üçün danışmaqdan qaçınmağa başlamasına səbəb ola bilməkdədir.
Cinsi inkişafın gecikməsi ilə əlaqədar qayğılar - Xüsusilə, fiziki və cinsi inkişafı daha gec olan qrupdakı gənclər özlərini yaşıdları ilə müqayisə etdiklərində inkişaflarının gecikməsinə bağlı qayğılar yaşayarlar, özlərilə bağlı şübhələr duymağa başlaya bilərlər.
Həddindən artıq özünü fərqindəlik halı və buna bağlı ictimai çəkilmə - Sürətli dəyişmə diqqətin bədəninə və özünə yönəlməsinə səbəb olar. Bəzi gənclər də həddindən artıq dərəcədə özlərinə nəzarət etməyə, bütün gözlər öz üstlərində kimi hiss edib narahatlıq duymağa başlayarlar.
- Yeniyetməlik dövründə psixoloji problemlər olurmu? Yeniyetmələrin Psixi ProblemləriÖzgüvəni zəif olan yeniyetmələr adətən azad və müstəqil davrana bilmir. Gələcəyini güvən altında görmür. Öz düşüncələrini açıq, sərbəst ifadə edə bilmir. Üzərinə məsuliyyət götürməkdən qorxur. Özünü dəyərli görə bilməməklə bərabər, başqalarının təsir dairəsinə tez düşür. Öz haqqlarını qoruya bilmir. Öz potensiyalını göstərə bilmir. Öz gücünün fərqində deyildir. Nəyisə müstəqil edə bilcəyinə inanmır.
Ancaq bəzi hallarda da, özünü bəyənir və qeyri adekvat yüksək qiymətləndirir..
Özgüvəni yüksək olan yeniyetmələr isə, haqqını qoruya bilir. Öz düşüncələrini istəklərini sərbəst bildirir. Gələcəyə inamla baxır, qarşısına məqsəd və hədəflər qoyur. Sıxıntılarını və çatışmazlıqlarlarını bilir.
- Yeniyetmə nə hiss edir, necə davranmaq istəyir?Yeniyetməlik dövrü sosial-emosianal inkişafın əsas etaplarından biridir. Yeniyetmələrin təcrübələri dərinləşir, hissləri daha qabarıq forma alır. Eyni zamanda sosial mühitə biganə qalmır və ətrafa fərqli emosiyalarla yanaşır.
Eləcə də, 12-18 yaşlı uşaqlara aşağıdakılar xarakterikdir - Narahatlıq, kəskin emosiyaların enməsi, impulsivlik,daimi yorğunluq. Bu dövrdə yeniyetmə hisslərini daha düzgün idarə edə bilir. Ən əhəmiyyətli prosses bu dövrdə yeniyetmənin yaşıdları ilə münasibətidir. Bu tələbata çevrilir. Bununla da, yeniyetmədə bir çox xüsusiyyətlər formalaşır-dəqiqlik, sirr saxlamaq, başa düşmək, halına yanmaq.
12-18 yaşlarda yeniyetmələrdə “YAŞLILIQ” kompleksi formalaşır. Kompleks yaşayan yeniyetmədə tez tez əhval-ruhiyyə dəyişikləri özünü göstərir. Bu dövrdə uşaqlarda maraqların genişlənməsi müşahidə olunur. Yeniyetmənin şəxsiyyəti inkişaf edir, özünü tanıyır, yeni təcrübələr qazanır, yaşıdları ilə münasibət qurmağa çalışır. Bu uşağın sosial inkişafına təkan verir. Belə ki, uşağın dəyərlər sistemi formalaşır - başqasının kədərini hiss etmək, qarşılıq gözləmədən yaxşılıq etmək. Qeyd edim ki, yeniyetmələrin konflikt yaşadığı sfera valıdeynləri ilə münasibətləridir.
- Bəs Üsyankar bir yeniyetmə ilə necə davranmaq olar?Səsinizi çıxarmırsız və bu hara qədər belə davam edəcək izləyirsiniz. Hadisə özü-özündən düzəlir.
Uşağınızla üz-göz olmaqdan qurtulursuz(+)
Ciddi bir problemlə qarşı-qarşıya ola bilərsiz və gec qala bilərsiz(-)
Evə gəldiyi zaman onunla çox yaxşı rəftar edirsiz. Sevdiyi yeməkləri hazırlamağa çalışırsız. Yeməyə görə evə zamanında gəlir (+)
Ciddi bir problemlə qarşı qarşıya ola bilərsiz və gec qala bilərsiz(-)
Evə gəldiyi zaman qışqır bağır salırsız. Gəldiyi zaman yemək verməməklə təhdid edirsiz və yemək vermirsiz.
Yemək məsələsinə görə evə gəlməyə başlayır.(+)
Nə olursa olsun, davranışını dəyişməyə bilər və niyə gec gəldiyini bilmirsiz(-)
Çox gec qaldığını onun üçün narahat olduğunuzu söyləyirsiz. Yeməyi birlikdə yeməyin önəmini izah edirsiz. Ciddi bir vəziyyət varsa, vaxtında müdaxilə etmək imkanınız olur.(+)
Sizi rədd edə bilər və sizinlə danışmaz (-)
Uyğun biz zamanı gözləyib onunla maraqlanırsız və nələr etdiyini sizinlə paylaşmasını istəyirsiz. Bunun üçün xüsusi səy göstərirsiz. Ciddi bir şey varsa onunla birlikdə həll yolunu tapir, ona dəstək olursuz , problemi həll edirsiz.(+)
Bunun üçün çox uzun zaman lazım ola bilər(-)
- Erkən yetkinlik nədir? Səbəbləri və Zərərli tərəfləri
- Yetkinlik neçə yaşda bitir qızlarda və oğlanlarda?
- Erkən yeniyetməlik dövründə hansı şöbəyə və hansı həkimə müraciət edilməlidir?
Erkən yeniyetməlik həm psixoloji, həm fiziki baxımdan vacib dövrdür. Bu dövr qızlarda 8 yaşdan öncə, oğlanlarda 9 yaşdan əvvəl görünə bilər. Qızlarda 8 yaşına qədər süd vəzilərinin böyüməsi, tüklərin böyüməsi və menstrual dövrün baş verməsidir.
Yeniyetmələrin hisslərinə və qorxularına hörmət etməliyik. “Sən uşaqsan?”, “Bundan qorxarlar?”, “Artıq böyümüsən, belə olmamalısan” deməklə yeniyetmənin qorxularını alçaltmağınız onun özünü daha da gücsüz, qorxaq hiss etməsinə, özünə qapanmasına səbəb olacaqdır.
Erkən yeniyetməlik dövründə psixiatr və klinik psixoloqun konsultasiyasına müraciət etmək vacibdir. Erkən müdaxilə sağlam şəxsiyyətin formalaşmasında böyük rol oynayır. Yeniyetmələrin psixoloqla ən az 1 ay ərzində 2-3 dəfə seans keçməsi məsləhətlidir.
- Yeniyetməlik dövründə ailə üzərinə düşən vəzifələr?Özünə nəzarəti gücləndirmək üçün aşağıdakılara riayət edin - Qaydalar qoyun. Qaydaların səbəbini izah edin. Dəqiq bir dil istifadə edin. Vəzifə və məsuliyyət verin. Fiziki cəza verməyin. Qatı dissiplin anlayışını unudun. Lütfən, onun adından siz qərar verməyin. Övladlarınızı qoruyun!