AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DÇ-2022: Bu gün daha 3 oyun keçiriləcək

  • + A
  • - A
  • 21-11-2022, 09:20

    DÇ-2022: Bu gün daha 3 oyun keçiriləcək


    Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

    Günün ilk matçı B qrupunda İngiltərə və İran arasında olacaq. Dohadakı “Xəlifə” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

    A qrupunun ikinci matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. “Al-Tumama” arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.

    Nəhayət günün son matçında ABŞ seçməsi Uelslə üz-üzə gələcək. “Əhməd ibn Əli” stadionunda keçiriləcək görüşün Bakı vaxtı ilə başlama saatı 23:00-dır.

    DÇ-2022
    21 noyabr

    A qrupu
    20:00. Seneqal – Niderland

    Baş hakim: Uilton Sampayo (Braziliya)

    “Al-Tumama” stadionu

    Xal durumu: Ekvador – 3 (1 oyuna), Niderland – 0, Seneqal – 0, Qətər – 0 (1 oyuna)

    B qrupu
    17:00. İngiltərə – İran

    Baş hakim: Rafael Klaus (Braziliya)

    “Xəlifə” stadionu

    23:00. ABŞ – Uels

    Baş hakim: Əbdülrəhman Əl-Casim

    “Əhməd ibn Əli” stadionu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR