Azadmedia.az - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsində olan və beşinci ilinə qədəm qoyan “Sıfır Tullantı Layihəsi” BMT səviyyəsində dəstəklənib və 30 mart tarixi “Beynəlxalq Sıfır Tullantı Günü” elan edilib.
Prezident R.T.Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsində beş il əvvəl başlanan “Sıfır Tullantı Layihəsi” tullantıların qarşısının alınması, tullantıların ayrılması və bələdiyyələr tərəfindən təkrar emal sistemlərinin qurulması, tullantıların yenidən dəyərləndirildiyi innovativ layihələrin inkişafı, qaynaqların səmərəli istifadə edildiyi istehsal modellərinin artırılması kimi iqlim dəyişikliyinə qarşı mübarizədə ciddi əhəmiyyət kəsb edən addımları özündə ehtiva edən bir təşəbbüs olaraq illər ərzində Türkiyə sərhədlərini aşaraq müxtəlif beynəlxalq platformalarda da gündəmə gəlib.
Əminə Ərdoğan sentyabr ayında BMT Baş Assambleyasının 77-ci sessiyasında Nyu Yorkda BMT Baş katibi ilə görüşüb və ikitərəfli iqlim böhranı ilə mübarizə çərçivəsində “Qlobal Sıfır Tullantı Xoşməramlı Bəyannaməsi”ni imzalayıb.
Bəyannamədə Paris Sazişindəki və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyindəki hədəflərə nail olunması istiqamətində tükənən ehtiyatların səmərəli istifadəsinin təşviqi və təkrar istifadəsi, eləcə də tullantıların yaranmasının təkrar emal vasitəsilə azaldılması zərurəti qeyd edilir. Həmçinin tullantıların dayanıqlı idarə olunması ilə resursların səmərəliliyi və iqlim dəyişikliyi arasında güclü əlaqənin olduğu qəbul edilir. Bəyannamədə tullantıların dayanıqlı idarə olunması strategiyasının həyata keçirilməsinə sadiqlik ifadə olunur. Sənədə görə, dünyada sıfır tullantı yanaşmasının təbliğ olunacağı və qabaqcıl təcrübələrin paylaşılacağı vəd edilir. Bəyannamədə BMT-yə üzv dövlətlərə, vətəndaş cəmiyyətlərinə, özəl sektora və mediaya strategiya və yanaşmaları dairəvi iqtisadiyyata keçidin sürətləndirilməsinə, tullantıların iqlim dəyişikliyinə təsirinin azaldılmasına uyğunlaşdırmağa dair çağırış edilir.
Türkiyənin “Sıfır Tullantı” qətnaməsi BMT Baş Assambleyasında qəbul edilib
BMT Baş Assambleyasının son iclasında isə Türkiyənin iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf planları çərçivəsində təqdim etdiyi “sıfır tullantı” qətnaməsi BMT Baş Assambleyasında qəbul edilib.
BMT Baş Assambleyası Türkiyənin əsas server, 105 ölkənin isə ortaq server olması qərarını yekdilliklə qəbul edib. Bu ölkələr arasında Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Banqladeş, İndoneziya, Finlandiya, İtaliya, İsveç, Yaponiya və Cənubi Koreya kimi dünyanın müxtəlif yerlərindən olan ölkələr var.
Baş Assambleya 30 martı Beynəlxalq Sıfır Tullantı Günü elan edib
Qəbul edilən qərarla 30 mart Beynəlxalq Sıfır Tullantı Günü kimi qeyd olunacaq.
Sıfır tullantı təşəbbüsləri, ekoloji cəhətdən həssas tullantı idarə edilməsi, davamlı istehlak və emal məsələlərinin BMT çərçivəsində davam etdirilməli olduğu vurğulanan qətnamə üzv dövlətlər, BMT və digər beynəlxalq və regional təşkilatları sıfır tullantı təşəbbüslərini həyata keçirməyə təşviq edir.
Sıfır Tullantı Hərəkatının 5-ci ildönümünə həsr olunmuş Sıfır Tullantı Sammiti
BMT Baş Assambleyasının son iclasında “sıfır tullantı” qətnaməsinin qəbul edilməsi və 30 mart tarixinin Beynəlxalq Sıfır Tullantı Günü kimi qəbul edilməsindən sonra İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə xanımın himayəsi altında “Sıfır Tullantı Sammiti” keçiriləcək.
Sammit Sıfır Tullantı Hərəkatının 5-ci ildönümündə iqlim və gənclik mövzusunda 23 dekabr 2022-ci ildə Haliç Konqres Mərkəzində keçiriləcək.
İqlim dəyişikliyi ilə mübarizədə gəncləri səfərbər etmək məqsədi daşıyan sammitdə prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan və ətraf mühitlə bağlı qeyri-hökumət təşkilatları, elm xadimləri və beynəlxalq nümayəndələr iştirak edəcək.
Sammitdə ən yaxşı sıfır tullantı təcrübəsini tətbiq edən yerli idarəetmələrə, özəl sektordakı təşkilatlara, dövlət qurumlarına və media oeqanlarına mükafatlar veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.