AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elton Məmmədov: Qərbi Azərbaycana qovuşmağımızla bizi yalnız zaman ayırır

  • + A
  • - A
  • 26-12-2022, 12:09

    Elton Məmmədov: Qərbi Azərbaycana qovuşmağımızla bizi yalnız zaman ayırır


    24 dekabr tarixində Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüş keçirməsi və görüşdəki çıxışı Qərbi Azərbaycandan olan soydaşlarımız tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlarına olan ümidi daha da artırdı. Bəli, cənab İlham Əliyevin də dediyi kimi beynəlxalq hüquq güc deyil, güc beynəlxalq hüquqdur. Elə ona görə də Ermənistan 30 ilə yaxın bir dövrdə torpaqlarımızı işğal altında saxlamaqla bərabər, daim təxribatlar törədir, beynəlxalq hüquq normalarına zidd bəyanatlar səsləndirməkdən belə çəkinmirdi. Üstəlik İkinci Qarabağ müharibəsindən əvvəl uzun illər ərzində bəzi xarici dövlətlər, beynəlxalq təşkilatlar, siyasi dairələr Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməsinə maneələr yaradırdılar. Lakin Prezident İlham Əliyev münaqişənin hərbi həllinin mövcudluğunu “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi. Bununla da dövlətimiz BMT Təhlükəsizlik Şurası­nın münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü gerçəkləşdirdi. Qarabağ münaqişəsinin timsalında bütün dünyaya bir daha sübut etdik ki,beynəlxalq hüquq işləmir və ona riayət olunmur.

    Dünyadakı siyasi güclər Qərbi Azərbaycanla bağlı tələblərimizə də eyni Qarabağ münaqişəsindəki kimi ikili standartlarla yanaşırlar. Lakin buna baxmayaraq biz yenə də Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxarmalıyıq. Erməni yalanlarını, erməni saxtakarlıqlarını sona qədər ifşa etməliyik. Çünki Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar.

    Bu gün Qərbi Azərbaycana Qayıdış Qarabağ münaqişəsi həll olunandan sonra dövlətimizin gündəliyində duran başlıca məsələlərdən biridir. Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edildiyi kimi, Qərbi Azərbaycana Böyük Qayıdış Proqramı da inanırıq ki, yaxın gələcək də həyata keçəcək. Çünki Azərbaycan xalqının hər sözü əməli fəaliyyətdə öz əksini tapan cənab İlham Əliyev kimi bir lideri var. Ona görə də bizim Qərbi Azərbaycana qayıdacağımız heç kimdə sual doğurmasın. Qərbi Azərbaycana qovuşmağımızla bizi yalnız zaman ayırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR