Astara rayon Mərkəzi xəstəxanasının əməkdaşı
Psixoloq Fərrux Əliyev - “Virtual asılılığı aradan qaldırmağın effektiv yolları” barədə Azadmedia.az-a danışdı.
Virtual asılılığı aradan qaldırmağın effektiv yolları
Məşhur Amerikalı yazıçı Benyamin Hoff deyirdi ki, insan övladı bütün texnoloji yenilikləri sadəcə zamanını çoxaltamaq üçün kəşf edir. Texnologiya və rəqəmsal qurğular günü gündən inkişaf edir və getdikcə insan həyatının daha çox bir parçasına çevrilməkdədir. Bunların hamsı insan həyatını asanlaşdırmaq, texnologiyanı sürətləndirmək, elmi texniki tərəqqini daha da yükəltmək və günü-gündən əhalisi artan templə gedən dünyada, tələbatları təmin etmək üçün istehslatı artırmaq üçün nəzərdə tutulmuşdur. İnsan beyni hər gün bir yenilik kəşf edir və bunu rəqmsal aləmdə daha dolğun və ətraflı ifadə edir. Həmçinin bu rəqəmsal inkişaf yeni kəşfləri də sürətlənidir. Amma bu yeniliklərin nə qədər çox insana zaman qazandırsa da və həyatını asanlaşdırsa da, vurduğu ziyanlar bir o qədərdir. Bu ziyanların içərisində uşaq və yeniyetmlərin rəqəmsal asılılğını göstərə bilərik. Bu rəqəmsal asılılq özünü ən çox telefon və kompüter vasitəsilə həyata keçirilən digital oyunlar yönündə göstərir. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə uşaqların 100-də 23-ü bu gün oyun asılısıdır və oynaılan digital oyunların 90%-i şiddət oyunlarıdır. Şiddət oyunları oynayan uşaq və yeniyetmələrin valideynlərinin 86 %-i bu şiddət oyunlarını qınayır və qadağan olunmasını tələb edir. İlk öncə bu oyunların xeyirli və ziyanlı tərəflərindən danışaq. Oyunlar insanlarda həyəcan, asılılıq, yadlaşma sindromu, ünsiyyətin getdikcə real aləmlə itirilməsi, məktəb uğurlarında geriləmə, boyun əyriliyi, göz zəifliyi, onurğa yırtığı və s. kimi problemlər yaradır. Amma bununla parlalel olaraq rəqəmsal oyunların xeyirli tərəflərini də xatırlatmaq olar. Rəqabət, uğursuzluqlardan qorxu hissinin azalması, əl-göz kordinasiyasının inkişafı, müzakirə bacarıqları, mövqe dəyişkənliyi, kollektiv zəka, digərlərinin düşüncə və bacarıqlarından istifadə etmək və s. oyunların faydalı tərəflərinə misaldır.
İnsanları virtual asılılğa cəlb daha bir səbəb də sosial şəbkələrin çox geniş yayılmasıdır. İnsanlar özləri bu sosial şəbəkələrdə kalviatura arxasında daha yaxşı ifadə edir, müxtəlif tanışlıqlar yaradır, açıq-saçıq mətnləri oxuyur və ya izləyir, alış veriş edir və bundan zövq alır. Bu da onlarda vərdiş yaradaraq daha çox özünə cəlb edir.
Uşaq və yeniyetmələrin, hətta yetkin insanların bu asılılıqlarını aradan qaldırmaq üçün nə etməliyik? Bunun üçün asılılıqların yaranma səbəblərini tapmalıyıq. Aparılan rədqiqatlar göstərmişdir ki, insanda əyər bir şeydən asılılıq yaranırsa, bu nələrinsə daha çox olmasından deyil, nələrinsə əksik olmasından irəli gəlir. Kanadalı psixoloq Brüs Aleksandr siçanlar üzərində apardığı tədqiqatdan bu nəticəyə gəlmişdir. Belə ki, o, bir qəfəsə bir siçan salmış və ora iki cür su qoymuşdur. Sulardan biri narkotik maddə ilə qarışdırılmışdır. Tək qalan siçan narkotik maddə ilə qarışdırılmış sudan getdikcə daha çox içməyə başlamış və sonda məhv olub aradan getmişdir. Brüs Aleksandar daha bir təcrübə aparmış və siçanları bir böyük qəfəsə yığaraq onlar üçün sosial çevrə düzəltmiş, ora yemək, su, oynamaq üçün vəsaitlər və həmçinin narkotik maddə ilə qarışmış su qoymuşdur. Dahi psixoloqun bu təcrübəci eksperimental psixologiyada “Siçan cənnəti” adı ilə məşhurlaşmışdır. Nəticədə məlum olmuşdur ki, sosial çevrə ilə əhatələnmiş siçanlardan heç biri narkotik maddə ilə qarışdırılmış sudan içmir. Deməli asılılq yaradan səbəblərdən biri düzgün sosial ve psixoloji mühitin olmamasıdır. Növbəti bir səbəb. Həyatda insanlara yaşamaq həvəsi verən 3 əsas motivasiya var. Muxtarlıq (avtonomluq), öz yaş qrupuna aid olmaq və onların bir parçası olmaq istəyi, yetkinlik. Bu istəklər təmin olunmadıqda uşaq və yeniyetmlətdə rəqəmsal asılılıqlar daha da güclənir və özünü bu şəkildə 3 yöndən göstərir.
1. Muxtarlıq (avtonomluq) motivasiyası- uşaq və yeniyetmə oyun zamanı qərarların qəbul olunması ixtiyarını özündə gördüyü üçün asılılğı artır.
2. Oyun və xüsusən onlayn qrup oyunlarında şəxs öz yaş qrupları ilə davmalı olaraq oynayır və özünün yaş qrupuna aid olma motivasıyasını ətraflı təmin edir.Ən əsas real mühitdən tapmadığı ünsiyyəti virtual mühitdə tapır.
3. Yetkinlik motivasıyası oyunda daha çox təmin olunur. Çünki şəxs getdikcə oyunda səviyyələrini yüksəldir. Hər səviyyə yüksəldikcə beynində serotonin hormonu ifraz olunur və bundan həzz alır. Bu hal da oyun və rəqəmsal asılılığı daha da yüksəldir.
Yuxarıda sadaladığım səbəbləri nəzərə alaraq rəqəmsal asılılığın aradan qaldırılması yollarını tapmaq olar. İlk öncə bunu da nəzərə almaq lazımdır ki, uşaq və yeniyetmləri birbaşa rəqəmsal alətlərdən uzaq tutub qadağalar qoymaq olmaz. Yuxarıda sadaladığım oyunların faydalı tərəflərini nəzərə alıb bunları deyə bilərik. Sadəcə həddən artıq asılılığı aradan götürmək üçün yollar təklif edə bilərik.
1. Uşaq və yeniyetmə yaş dövrünə uyğun müsbət sosial və psixoloji mühit yaradaraq övladları daha çox ünsiyyətə cəlb etmək.
2. Uşağın kiçik yaşlarından ailədə sərbəst qərarlar qəbul etməsinə şərait yaratmaq və qərarların ona aid olduğunu bildirməklə onun özünəinamını yüksəltmək.
3. Şəxsin yaşıdları ilə düzgün ünsiyyət qurmasını və vaxt keçirməsini təmin etmək. Əyər uşaq və ya yeniyetmə öz yaşıdları tərəfindən düzgün olduğu şəkildə qəbul olunmadıqda, qrupda ona yer verilmədikdə, ya referent küçə qruplarına qoşulur və ya nədənsə asılılığı artır.
4. Ailədə uşaq və yeniyetmə üçün səviyyə keçəcək proqramlar hazırlamaq (müəyən oyun və tapşırqlar)və onları həyata keçirmək. (müəllim və təbiyəçilər də bunu nəzərə almalıdır)
5. Uşaq və yeniyetməni rəqəmsal dünyadan ayırmaq üçün onun xoşladığı maraqlardan istifadə etmək və onu ora yönləndirmək. İdman yarışları təşkil etmək. Müxtəlif stolüstü oyunlar oynamaq. Şəxsin maraqlarını kəşf edib ona həm maraqları sürpriz etmək.
6. Şəxsin özünəinamını yüksəltmək. Uşaq, yeniyetmə və gənc nə qədər özünəinamlı olarsa, bir o qədər onun asılılıqdan azad olma şansı yüksələcək. Bunun üçün ailə və məktəb kollektivi şəxsin gördüyü düzgün işləri tərifləməlidir. Əyər bir işi səhv yerinə yetirsə belə, onu aşağılamaq olmaz.
7. Yeniyetmələr üçün könüllü qruplar təşkil etmək və onları qocalara, köməksiz insanlara yardıma səfərbər etmək. Çünki, bu yaş dövründə başqasının işinə yaradığını hiss edən yeniyetmə daha çox bundan həzz alır.
8. İnsanlar içərisində maarifləndirici, profilaktik tədqiqatlar aparmaq. İnsanları daha çox ictimai faydalı əməyə, mütaliəyə cəlb etmək. Parklarda, bulvarlarda, ictimai yerlərdə hansısa bir “Əmək günü” , “Mütaliə günü” kimi tədbirlər təşkil etmək.
9. Bu yollar içərisində ən əsası valideyn – övlad – məktəb münasibətlərini düzgün tənzimləmədir. Bu tənzimlənərsə şəxsin ünisyyəti daha da artacaq. Düzgün ünsiyyət tənzimləcək. Çünki, aparılan tədqiqatlar göstərir ki, ən böyük asılılıq ünsiyyət tələbatı ödənilmədikdə baş verir. Ünsiyyət tələbatının düzgün ödənilməsi bir çox problemlərdən azad edir.
Sadaladıqlarım bütün bunlar məktəb, ailə, sosial məsələlərlə məşğul olan təşkilatlar,qeyri-hökümət təşkilatları, sosioloq və psixoloq xidmətlərinin birgə iştiarkı ilə həyata keçirilərsə nəticələr yüksək olacaqdır.
Fərrux Əliyev/Astara rayon Mərkəzi xəstəxanasının psixoloqu