AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb

  • + A
  • - A
  • 24-01-2023, 19:19

    Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb


    Azadmedia.az - 24 yanvar tarixində Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

    Görüş zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.

    Nazir Ceyhun Bayramov görüş zamanı, İqtisadi Əməkdaşlıq Təşkilatında ölkəmizin 2023-cü il sədrliyi çərçivəsində prioritetlər və planlar barədə Prezident Mirziyoyevə məlumat verib, Nazirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə görə Özbəkistan dövlət başçısına minnətdarlığını bildirib.

    Görüş zamanı, həmçinin gündəlikdə duran ikitərəfli məsələlər və regional vəziyyət müzakirə edilib.

    Daha sonra xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov ilə görüşüb. Tərəflər arasında, ikitərəfli əlaqələrin aktual məsələləri müzakirə olunub.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR