Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırıldı.
Azadmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa, bu qərarı qəbul etdi ki, ölkəmizin Tehrandakı səfirliyi təxliyə olunmalıdır” - X.Xələfov bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycan diplomatlarına qarşı təhlükənin olduğu daha öncə də İran rəsmilərinə çatdırılıb. Lakin İran hakimiyyəti bu xəbərdarlığa məsuliyyətsiz yanaşıb.
XİN Çox təəssüf edib ki, biz qonşu dövlətdən ilk dəfə şəhid aldıq.
İran tərəfinə ümidimiz, etibarımız və etimadımız yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.