Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq. Azadmedia.az xəbər verir ki, bu barədə Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərin suallarına cavab verərkən bildirib.
"5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı müəyyən əməkdaşlarla səfirlikdə qalacaqlar.
Onlar diplomatik fəaliyyət göstərməyəcəklər.
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyətini davam etdirəcək" - Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.