İtaliya-Liviya razılaşması Yunanıstanı qəzəbləndirir.
İtaliyanın baş naziri Giorgia Meloni-nin Liviyaya səfəri və iki ölkə arasında imzalanan razılaşma Afinanın narahatlığına səbəb olub.
Meloninin paytaxt Tripolidə Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe ilə təbii qaz müqaviləsi imzalaması Afinada "Yunanıstanın Liviyaya baxışını zəiflədən addımlar" olaraq qiymətləndirilib. Yunan mediası İtaliya ilə Liviya arasında təbii qaz sahəsində 8 milyard avro dəyərində əməkdaşlıq müqaviləsi imzalandığını vurğulayaraq, bunun Liviyanın son 20 ildə tək bir maddədə imzaladığı ən böyük enerji müqaviləsi olduğunu vurğuladı. Müqavilənin məqsədi İtaliyanı Şimali Afrikadan Avropaya təbii qaz nəqli üçün “təchizat mərkəzi” etməkdir.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.