Naxçıvanda yeni dövr bazara da azadlıq gətirib. Məsələn, əvəllər xaricdə istehsal olunmuş elektrik lampasını satmaq qadağan imiş. Keçmiş rəhbərliyin nəzarətində olan şirkətlərin məhsullarına rəqib olduğu üçün.
O məhsullar isə həddinən artıq baha satılırmış. İndi isə vəziyyət dəyişib, köhnə bazara yeni qiymətlərlə təzə mallar gəlib.
Qeyd edək ki, bir ay əvvələ kimi bazarda sadəcə Naxçıvan istehsalı olan elektrik lampasının satışına icazə verilirdi. Həmin məhsul isə 2 manata satılırdı və bu qiyməti əhaliyə sərf etmirdi.
İndi həm alıcılar, həm də satıcılar bazarlarda vəziyyətin xeyli dəyişdiyini dilə gətirirlər. Onlar 1 ay öncəyə qədər baha olan məhsulların indi sərfəli qiymətə satıldığını bildirirlər.
Naxçıvan sakinləri bundan sonra bazardakı süni qiymət artımlarından əziyyət çəkməyəcəklərinə ümid edirlər. Onlar düşünürlər ki, sahibkarlıq fəaliyyəti ilə bağlı indiyədək mövcud olan qadağaların aradan qaldırılması Muxtar Respublikada iqtisadi artıma təkan vercək.