Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Azərbaycana təşəkkür edib.
Azadmedia.az xəbər verir ki, o bu barədə tviterdə yazıb.
“Ölkəmizdə baş verən zəlzələ ilə əlaqədar olaraq ilk dəqiqədən etibarən həmrəyliyini göstərən və yanımızda olan qardaş Azərbaycana təşəkkür edirik”, - diplomat vurğulayıb.
Qeyd edək ki, ötən gecə Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, nəticədə 76 nəfər ölüb, 440 nəfər yaralanıb.