Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələ nəticəsində zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyəyə humanitar yardım göndərir.
Müxtəlif dərman preparatları, oksigen maskaları, filtrasiya sistemləri, sarğılar, onurğa üçün şinlər, xərəyələr və digər zəruri tibbi ləvazimat və avadanlıqlar, o cümlədən isti paltarlarla Türkiyəyə xüsusi reys yola düşəcək.
Azasmedia.az xəbər verir ki, Fondun Türkiyəyə göndərilən əməkdaşları zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdıracaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.