Azadmedia.az-ın cənub bürosuna Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 511892,2 min manatlıq məhsul satılmış, onun 234460,1 min manatını və ya 45,8 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 277432,1 min manatını və ya 54,2 faizini isə qeyri-ərzaq malları təşkil etmişdir.
2021-ci ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 1,0 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 44,0 faiz azalmış, qeyri-ərzaq malları üzrə isə 2,8 dəfə artmışdır. Pərakəndə ticarət dövriyyəsinin 32,4 faizi hüquqi şəxslər, 67,6 faizi isə fərdi sahibkarlar tərəfindən satılmış məhsulların həcmi təşkil etmişdir.
2022-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 30974,8 min manat təşkil etmişdir.
Pərakəndə ticarət dövriyyəsinin həcmində dövlət sektoru 0,4 faiz, qeyri-dövlət sektoru 99,6 faiz təşkil etmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.