Bakı, 2 Mart - Azadmedia.az.
Makron Fransanın “Afrikaya müdaxilə layihəsi” FransAfrikin bitdiyini bildirib.
Fransa prezidenti Emmanuel Makron, Qabondakı Afrika turnesinin ilk mərhələsində Fransanın "Afrika müdaxilə layihəsi Francefrik"in bitdiyini açıqladı.
“One Forest Summit”nə qatılmaq üçün Qabonun paytaxtı Librevilə gələn Makron burada açıqlamalar verib.
Fransanın Afrikaya müdaxilə etmək arzusunun olmadığını bildirən Makron, “FransAfrik dövrü bitdi” deyib.
FransAfrik sayəsində ölkəsinə Qabon da daxil Afrika ilə ortaq tarixə malik olduğunu deyən Makron, Fransanın hələ də qitə ölkələrinə müdaxilə etməkdə günahlandırıldığını bildirib.
Makron ölkəsini “Afrikada hamı ilə danışan və qitə ölkələrinin daxili işlərinə qarışmaqda rol oynamayan qərəzsiz həmsöhbət” kimi xarakterizə edib.
Qabona iqlim, biomüxtəliflik, iqtisadiyyat və sənaye sahələrində balanslı ortaqlıq qurmaq üçün gəldiyini ifadə edən Makron, ölkəyə “adam tapmaq” üçün gəlmədiyinə diqqət çəkib.
Fransa Afrika qitəsi ilə əlaqələri yeniləmək istəyir
Emmanuel Makron Qabon, Anqola, Konqo Respublikası və Konqo Demokratik Respublikasına səfərindən əvvəl ölkəsinin yeni Afrika siyasətini açıqlayıb.
Afrika ölkələri ilə yeni səhifə açmaq istədiklərini bildirən Makron, afrikalılara məxsus mədəni sərvətlərin geri qaytarılması üçün işlərə başladıqlarını bildirib.
Makron Fransanın qitədəki hərbi bazalarının sayını azaldacağını bəyan edib.
Əvvəlcə FransAfrik terminini fransız ziyalıları, II Dünya Müharibəsindən sonra ölkələrinin Afrikaya bağlı yeni siyasəti olaraq ifadə etmək üçün istifadə etdi.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.