AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Macarıstan Rusiya-Ukrayna müharibəsindən kənarda qalacaq - Eksklüziv

  • + A
  • - A
  • 9-03-2023, 21:14

    Macarıstan Rusiya-Ukrayna müharibəsindən kənarda qalacaq -


    Bakı, 9 mart - Azadmedia.az

    Macarıstan Rusiya-Ukrayna müharibəsindən kənarda qalacaq

    Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Rusiya-Ukrayna müharibəsindən kənarda qalacağını və maraqlarına zərər vuran sanksiyalara veto qoymağa davam edəcəyini bəyan edib.

    Macarıstanın Baş naziri Viktor Orban Macarıstan Ticarət və Sənaye Palatasının iqtisadi ilinin açılışında etdiyi çıxışda ölkəsinin Rusiya-Ukrayna müharibəsində mövqeyini dəyişmədiyi üçün təzyiq altında olduğunu, lakin hökumətinin təzyiqlərə boyun əyməmək üçün çox güclü olduğunu bildirib.

    "Macarıstan Rusiya-Ukrayna müharibəsindən kənarda qalacaq və bizim maraqlarımıza zərər vuran sanksiyalara uğurla veto qoymağa davam edəcək", - Orban deyib.

    Baş nazir Orban, keçmişdə Avropanın güc strukturunun Rusiyadan gələn ucuz enerji və xammal və qabaqcıl müasir texnologiyaya əsaslandığını, lakin Rusiya-Ukrayna müharibəsi ilə bu vəziyyətin dəyişdiyini və Avropa iqtisadiyyatının Rusiya iqtisadiyyatından qoparıldığını bildirib.

    ABŞ-ın Avropa iqtisadiyyatını Çin iqtisadiyyatından ayırmağa çalışması halında Almaniya iqtisadiyyatının belə təsirlənəcəyini qeyd edən Orban, “Bu səbəbdən, Macarıstanın xarici və iqtisadi siyasəti Rusiya ilə münasibətləri növbəti 10-15 il içində necə qura və davam etdirə biləcəyini düşünməlidir. " ifadəsini işlətdi.

    Önümüzdəki 1-2 il ərzində ölkəsinin 500 min yeni işçi qüvvəsinə ehtiyacı olacağını ifadə edən Orban, iş axtaran macarların işə götürülməsindən sonra əcnəbilərin işə götürülməsinə icazə verəcəklərini bildirib.

    Orban, 2035-ci ildən sonra Avropada yalnız elektrikli nəqliyyat vasitələrinin istehsal oluna biləcəyini, Macarıstanda hazırda 300 min ailənin avtomobil sənayesindən dolandığını və bunun davam etdirilməsi üçün lazımi islahatları edəcəklərini qeyd edib.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR