AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Milli birliyimizin memarı - Ulu Öndər Heydər Əliyev“ - ÖZƏL

  • + A
  • - A
  • 14-03-2023, 18:36

    “Milli birliyimizin memarı - Ulu Öndər Heydər Əliyev“ -


    “Milli birliyimizin memarı - Ulu Öndər Heydər Əliyev”


    Masallı Rayon Statistika İdarəsinin rəisi,
    YAP Statistika ərazi Partiya təşkilatının sədri
    Ramin Əziz oğlu Bəgəlizadə


    Ümumilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini gələcəkdə də idarə edə bilən, müstəqilliyimizi qorumağa qadir olan, güclü dövlətçilik, idarəçilik qabilyyətinə malik, ümumilli liderimizin ideyalarını həyata keçirərək onun inkişafını təmin edə bilən nəsil formalaşdırıb. Həmin gənc nəsil Heydər Əliyev məktəbinin tələbələri, məzunları və dinləyiciləridir. Bu məktəbdən dərs alanların xalqa, dövlətə, vətənə sədaqətlə xidmət edəcəklərinə zərrə qədər də, olsa şübhə yoxdur. Çünki bu məktəbin təməlini ulu öndərimiz Heydər Əliyev qoyub və onun ilk müəllimidə özü olub. Milli liderlər dünyasını dəyişəndən sonra da onların şəxsiyyətinin sönməz nuru mənsub olduqları xalqın həyatına işıq salır.

    Hər tarixi inkişaf dövrü özünün görkəmli şəxsiyyətlərini yetişdirir.


    Amma elə şəxsiyyətlər var ki, zamanın fövqünə yüksələrək, yaşadıqları dövrün xarakterik cizgilərini müəyyən edirlər. Heydər Əliyevin xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilmişdir. Bugünkü qüdrətli Azərbaycan ulu öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir.

    Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlməsilə ölkənin ictimai-siyasi və mənəvi sahələrində dönüş yarandı.

    Heydər Əliyev həm də insanların qəlbində təlatümlü çıxışları ilə qaldı. O məsələləri sərt qoydu. Yaranmış vəziyyətin səbəblərini aydınlaşdırdı. İnsanların əməyə, bir-birilərinə münasibəti və digər problemlərə qarşı Heydər Əliyev sərt təpgi göstərdi. Heydər Əliyev ilk zamandan başlayaraq cəmiyyətin ayrı-ayrı qurumları ilə şəxsi münasibətlərini qurdu. Bu gün həmin illəri xatırlayanda daha aydın görünür ki, Heydər Əliyev hansı böyük işlərlərlə məşğul olub. Heydər Əliyev təhsil sahəsilə ayrıca məşğul olmağa başladı.

    Heydər Əliyev ayrı-ayrı sahələrdə çox ciddi dönüş yaratdı.


    Paklıq, təmizlik, saflıq yaratdı. Əksər ali məktəbələrə universitet statusuun verilməsi, maliyyə muxtariyyətinin təsdiqi, institut və akademyaların yubileylərinin keçirilməsi, təhsil müəssisələrin maddi-texniki bazalarının möhkəmləndirilməsi, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, ali təhsil işçilərinin fəxri adlara layiq görülməsi, tələbə və aspirantların təqaüdlərinin artırılması və bu qəbildən digər addımlarım atılması Ulu Öndərin əsas tapşırıqlarından idi. O qarşısında məqsəd qoydu ki, Azərbaycanda təhsil, mədəniyyət, kənd təsərrüfatı, elm inkişaf etməlidir. Elə bir kurs götürdü ki, Azərbaycanla yanaşı digər ölkələr üçün də nümunə oldu. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında cinayətkarlığa qarşı mübarizənin, ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunmasının təşkilatçısıdır. Respublikamızın hüquq mühafizə, o cümlədən bu tip orqanların inkişafı və milliləşməsi istiqamətində böyük bir fəaliyyət ortaya qoymuşdur. Bu qətiyyətli tədbirlər nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırılmış, kriminogen durum tam nəzarətə götürülmüş, sabitlik bərpa olunmuşdur. Ölkədə məhkəmə sistemini qurulması, bu sistemin daha da müasirləşdirilərək Avropa standartlarına uyğunlaşdırılması işinə başlanılmışdır. Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin müddətsiz-son yaş həddinədə təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsulliyyətinin təkmil əsasları təsbit olunmuşdur.

    Heydər Əliyev ictimai-siyasi sabitliyini qorumaq üçün qanunçuluğunun yüksək səviyyədə təsbit olunması istiqamətində mühüm addımlar atdı.


    Ölkədə xaos və özbaşınalığın qarşısı alındı. Hakimiyyətə gəldiyi gündən müstəqilliyimizin əbədi və dönməz olduğunu bəyan etməklə milli ordu quruculuğuna iqtisadi islahatlar, böyük önəm verdi. Ülu öndərimiz demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirdi. Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, ulu öndər digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaradıldı. Bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edilmişdir. Kənd təsərrüfatında hökm sürən geriliyi və bunları doğuran səbəbləri dərindən təhlil etdi və göstərdi ki, respublikada uzun illərdən bəri kənd təsərrüfatı üçün ayrılmış vəsaitdən düzgün istifadə edilməyib, pambıq dənli bitkilər çəltik və bir sıra başqa əsas kənd təsərrüfatı bitkilərinin əkin sahəsi əsassız olaraq azaldılıb. Respublikanın kənd təsərrüfatının daimi inkişafını düşünən Heydər Əliyev illər ərzində əldə edilən təcrübəni və yeni imkanları təhlil edərək kənd təsərrüfatının sürətli inkişafına nail olmaq vəzifəsini irəli sürdü. Biznes mühitinin yaxşılaşdırılması və bu sabitliyin mövcudluğu Azərbaycana investisya axının sürətləndirilməsində əhəmiyyətli rol oynayır.

    Ulu öndərin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərini onların, həlli yollarını daimi önə çəkməsi daim diqqətində olmuşdur.


    Bu gün xalqımız Ulu Öndərin siyasi varisi yüksək intelektli, praqmatik düşüncəli, müasir dünya siyasətinə və iqtisadiyyatına dərindən bələd olan, respublikamıza rəhbərlik etdiyi illərdə regionumuzun nüfuzlu lideri kimi tanınan möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməlidir.



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR