AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vaşinqton Moskvanın xeyrinə olan alternativ təkliflərə, xüsusən də Çinin təklifinə qarşıdır - Blinken

  • + A
  • - A
  • 29-03-2023, 09:15

    Vaşinqton Moskvanın xeyrinə olan alternativ təkliflərə, xüsusən də Çinin təklifinə qarşıdır -



    ABŞ bütün Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını tələb edən Kiyev sülh planını dəstəkləyir.

    Belə ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Çinin Ukrayna münaqişəsi ilə bağlı sülh təklifini dəyərləndirərkən deyib.

    Blinken bildirib ki, Vaşinqton Moskvanın xeyrinə olan alternativ təkliflərə, xüsusən də Çinin təklifinə qarşıdır:

    "Biz hamımız yaxşı niyyətli kimi görünə bilən cəhdlərdən ehtiyatlı olmalıyıq. Məsələn, münaqişəni potensial olaraq dondura biləcək atəşkəs çağırışı... Rusiya bundan sadəcə vaxt qazanacaq, silahlanmaq üçün istifadə edəcək və sonra yenidən hücuma keçəcək".

    Qeyd edək ki, Pekin 12 bəndlik sülh təklifi ilə çıxış edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR