Siyasi dialoqla bağlı dövlətin təşəbbüsləri..
Emil İlqar/Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbin müəllimi
Hazırda Azərbaycanda dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun davamlılığı və inkişaf etdirilməsi dövlət siyasətinin strateji vəzifəsidir.
Prezident İlham Əliyev 2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqində milli və siyasi həmrəyliyin daha da gücləndirilməsi istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin məqsədi və nəticələri haqqında demişdir: “Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.
Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.
Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləməsi aparılan siyasi diaoqun bariz nümunəsidir. 2021-ci il martın 5-də YAP-ın VII qurultayında Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasnını və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının hakim partiyaya birləşməsi bunun əyani təsdiqidir. Həmçinin respublikamızda mövcud siyasi dialoqun məntiqi nəticəsi kimi 2020 cil il iyulun 15-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-də Ermənistanın yeni hərbi təcavüzü, dinc sakinləri, uşaqları, mülki obyektləri, beynəlxalq nəqliyyat- kommunikasiya və tranzit xətlərini hədəfə alması ilə bağlı 50 siyasi partiya sədri, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi mütəmadi olaraq raket atəşinə tutması, mülki əhaliyə qarşı müharibə cinayətləri törətməsi, Gəncəyə dəhşətli hücumu, 50 siyasi partiya, noyabrın 25-də Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı 49 siyasi partiya beynəlxalq və regional təşkilatlara birgə bəyanat və müraciətlər ünvanlaması bu baxımdan xüsusi qeyd olunmalıdır. Bəyanat və müraciətlərdə siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları Müzəffər Ali Baş Komandanın Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi-hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və dövlət başçısının yanında olduqlarını bildirmişdilər.Həmçinin 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə 50 siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevi təbrik edərək, bu qələbənin illərlə yürüdülmüş müdrik siyasətin, siyasi uzaqgörənliyin, iqtisadi islahatların, xalqın iqtidara göstərdiyi yüksək etimadın, xalq-dövlət vəhdətinin ən ali təcəssümü olduğunu bildirmişlər.
Son zamanlar 11 siyasi partiyanın dövlət qeydiyyatına alınması, siyasi partiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən ofislə təmin edilməsi, partiyaların qurultaylarının keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması, habelə dövlətin bir sıra bu kimi digər demokratik təşəbbüsləri nəticəsində siyasi partiyalar ölkənin siyasi sisteminin nüfuzlu təsisatına çevriliblər.
Bu günlərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev yeni dövlət qeydiyyatına alınmış Azad Vətən Partiyasının sədri Akif Nağı ilə görüşü zamanı bildirib ki, son dövrdə legitim siyasi fəaliyyətin göstərilməsi üçün siyasi partiyalara yaradılmış şərait bilavasitə Prezident İlham Əliyevin dövlət siyasətinin demokratik kursunun təzahürüdür: “Siyasi partiyaların artan fəallığı və nüfuzu ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdırılması istiqamətində aparılan köklü siyasi islahatların nəticəsidir”. Administrasiya rəsmisi tərəfindən xüsusi vurğulanıb ki, siyasi partiyaların inkişafına dövlət tərəfindən göstərilən dəstək, eyni zamanda, ölkədə dialoq mühitinin inkişafı siyasətinin davamı kimi qəbul olunmalıdır.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.