Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.
Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank "Togg"u İlham Əliyevə təhvil verib. Dövlət başçısı prezident Rəcəb Tayyib Ərdoğandan sonra "Togg"u qəbul edən ikinci şəxs olub.
Əliyevin nəqliyyat vasitəsini təhvil alması anının fotosunu sosial şəbəkədə paylaşan prezident Ərdoğan, "Mənim qardaşım İlham Əliyev də Türkiyənin fəxri olan "Togg"u aldı. Ailənizə uğurlar. Allah xeyirli günlərdə istifadə etməyi bizə nəsib etsin, qardaşım", - yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.