İsrail təhlükəsizlik qüvvələrinin Qüdsdəki Əl-Əqsa məscidində fələstinlilərə qarşı başlatdığı əməliyyatları qəti şəkildə qınayırıq.
Belə ki, bu barədə BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albaneze deyib.
Qeyd edib ki, “Fələstinli müsəlmanlar Əl-Əqsa məscidinə daxil olmaq hüququndan istifadə edərək Ramazan duası üçün toplaşarkən, İsrail hakimiyyəti onlara qarşı açıq-aşkar həddindən artıq və əsassız güc tətbiq edib”.
Albaneze ən azı 31 fələstinlinin binanın içərisində və xaricində yaralandığını, həkimlərin isə yaralılara tibbi yardım göstərməsinə icazə verilmədiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.