Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Rusiya Federasiyası üçtərəfli saziş çərçivəsində Ermənistan və Azərbaycan arasında mümkün qədər tez sülh müqaviləsinin imzalanması üçün bütün səyləri göstərir.
"Rusiya bir vaxtlar üç dövlət başçısının imzaladığı üçtərəfli saziş çərçivəsində sülh müqaviləsinin mümkün qədər tez imzalanması üçün mümkün olan hər şeyi edib və etməkdə davam edir", - Matviyenko cümə günü keçirilən brifinqdə deyib.
Brifinqdə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan və Azərbaycan Milli Məclisinin sədri Saqibə Qafarova da iştirak ediblər. Ölkələrin əlifba sırası ilə düzülüşünə görə onlar bir-birinin ardınca oturmalı oldular.
Simonyan bəyan edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyir və qoşunları sərhəddən çıxarmağa hazırdır. O, həmçinin Azərbaycan tərəfini “Ermənistana ərazi tələbləri irəli sürməyi dayandırmağa” çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.