Əfqanıstanda hakimiyyətinin ələ keçirmiş radikal "Taliban" hərəkatının yaratdığı müvəqqəti hökumətin Təhsil Nazirliyi ölkənin cənubunda yerləşən Qəndəhar və Gilmənd əyalətlərində fəaliyyət göstərən bütün təhsil müəssisələrini bağlayıb.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, təhsil müəssisələrinin işinin müvəqqəti dayandırılmasına səbəb kimi “təlim planlarının və tədris fəaliyyətinin yoxlanılması” göstərilib.
Qeyd edək ki, nazirlik araşdırma aparmaq üçün Qəndəhar və Gilməndə xüsusi komissiyalar göndərib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.