Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Togg” avtomobilini özü yuyub.
Bu barədə nazir öz tviter hesabında paylaşım edib.
O, “Togg”u yuyarkən çəkilmiş fotolarını paylaşaraq “bayram təmizliyi” sözləri ilə şərh edib.
Xatırladaq ki, Türkiyənin ilk yerli elektromobili “Togg”u ilk alan şəxs ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. İkinci sifarişçi isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Aprelin 4-ü “Togg” avtomobili Prezident İlham Əliyevə təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.