Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən keçirilən tədbirlər davam etdirilir.
Azadmedia.az xəbər verir ki, Heydər Əliyev adına Hərbi İnstitutda Müdafiə Nazirliyi və Gənclər və İdman Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş kikboksinq üzrə “Heydər Əliyev" kubokunun final görüşü keçirilib.
Tədbirdə Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyi və əməkdaşları, Müdafiə Nazirliyi əməkdaşları və Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvləri ilə bərabər, millət vəkili Ülvi Quliyev iştirak edib.
Qeyd edək ki, Kikboksinq idman növünün yeniyetmə və gənclər arasında geniş yayılması məqsədilə keçirilən yarışda müxtəlif yaş kateqoriyasında birincilik uğrunda mübarizə aparılıb.