AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisdə Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

  • + A
  • - A
  • 15-05-2023, 19:44

    Milli Məclisdə Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

    Mayın 15-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev və Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olan deputatlar ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
    Qonaqları Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edən millət vəkili Adil Əliyev onlara spiker Sahibə Qafarovanın salamlarını çatdırıb, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən Milli Məclisin xüsusi iclasında iştirak etməklə bağlı dəvəti qəbul edərək, ölkəmizə səfər etdiyinə görə nümayəndə heyətinə minnətdarlığını bildirib. Vitse-spiker Adil Əliyev 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsindən, ölkəmizdə Ümummilli Liderin 100 illik yubileyinin xüsusi təntənə ilə qeyd olunmasından söz açıb, görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə danışıb.
    Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məşhur Məmmədov Ulu Öndər Heydər Əliyevin şah əsəri olan bugünkü qüdrətli Azərbaycanın məhz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətləndiyini, öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini diqqətə çatdırıb. Vitse-spiker post-münaqişə dövründə regiondakı vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən bəhs edib.
    44 günlük Vətən müharibəsinin bitməsindən artıq 3 il keçməsinə baxmayaraq, Ermənistan tərəfinin sülh müqaviləsini imzalamaqdan və Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq regionda kommunikasiyaların açılmasından boyun qaçırdığını diqqətə çatdırıb.
    Söhbət zamanı Adil Əliyev Azərbaycan və Ukrayna arasında parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətindən danışıb.
    Ukrayna Ali Radasının sədr müavini, nümayəndə heyətinin rəhbəri Olena Kondratyuk Ukraynaya göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını ifadə edib, iki ölkə arasında əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
    Görüşdə Milli Məclisin deputatı Erkin Qədirli çıxış edərək ölkələrimizin tarixlərindəki oxşarlıqlardan danışıb.
    Söhbət qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.
    Görüşdə Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məşhur Məmmədov, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski və digər rəsmi şəxslər iştirak ediblər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR