Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyət kifayət qədər gərgindir.
Azadmedia.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Belə ki, Peskov Kiyevdən AES-ə qarşı təxribat təhlükəsinin böyük olduğunu söyləyib.
Həmçinin o bildirib ki, Kiyevin AES-də planlaşdırdığı təxribat fəlakətli nəticələrə gətirib çıxara bilər.
Qeyd edək ki, Kiyev və Moskva Zaporojye AES-də təxribatlar baş verəcəyi ilə bağlı bir-birilərini ittiham edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.