İsveç terror təşkilatlarını dəstəkləyənlərə həbs cəzasını nəzərdə tutan qanunu təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, qanun terror təşkilatlarını dəstəkləyənlərə ən çox 4 il həbs cəzasının verilməsini nəzərdə tutur.
Belə ki, ölkədə terror təşkilatı olan PKK-ya maliyyə dəstəyi göstərən bir türk vətəndaşına artıq 4 il yarım cəza verilib.
Həmçinin, həmin şəxs yanvar ayında odlu silahdan istifadəyə görə saxlanılmışdı. Prokurorluqdan bildirilmişdi ki, o, təhdid yolu ilə PKK-ya maliyyə dəstəyini təşkil edir. Qeyd edilmişdi ki, hələlik adı açıqlanmayan həmin şəxs İsveçdə PKK üzvlərinin fəaliyyətində həlledici rol oynayır.
Qeyd edək ki, Fransa və Almaniya kəşfiyyatları da məlumatı təsdiqləmiş, həmin şəxsin PKK-ya maddi dəstək göstərdiyini açıqlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.