İtaliyanın səkkiz şəhərində kəskin istilər səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan olunub.
Azadmedia.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Belə ki, İtaliyanın paytaxtında havanın temperaturu 37 dərəcəyə çatıb.
Qeyd edək ki, meteoroloqlar xəbərdarlıq ediblər ki, bu həftə İtaliyada Afrika antisiklonuna görə hava rekord səviyyəyə qədər istiləşəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.