Küveyt hökuməti İsveç dilində 100 min Quran-Kərimin çapdan çıxarılması barədə qərar qəbul edib.
Azadmedia.az Küveytin rəsmi agentliyinə istinadən xəbər verir ki, ölkənin Nazirlər Kabineti islamın tolerant din olduğunu çatdırmaq məqsədilə həmin 100 min Quran kitabının İsveçdə paylanmasına qərar verib.
Belə ki, müqəddəs kitablar İsveç dilində qısaldılmış formada, əsas məzmunun saxlanılması ilə çapdan çıxarılacaq.
Qeyd edək ki, məhz 28 iyunda İraq əsilli Salvan Momikanın Stokholm məscidi önündə polisin müşayiəti ilə Quran-Kərimi yandırması beynəlxalq ictimaiyyətin kəskin reaksiyasına səbəb olmuşdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.