Azərbaycan Milli Paralimpiya Komitəsinin növbədənkənar iclasının gündəliyi açıqlanıb.
Komitədən verilən məlumata görə, iyulun 24-də keçiriləcək ümumi yığıncaqda bəzi məsələlər müzakirə olunacaq.
İlqar Rəhimovun prezident vəzifəsindən istefasının təsdiqinin ardından yeni rəhbər seçiləcək. Həmçinin, qurumun vitse-prezidentləri ilə bağlı seçki olacaq.
Gündəlikdəki digər məsələ Milli Paralimpiya Komitəsinin Nizamnaməsində müəyyən əlavə və dəyişikliklərin edilməsidir.
Qeyd edək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında təşkil olunacaq növbədənkənar ümumi yığıncaq saat 11:00-da başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.