AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət dəstəyi ölkəmizdə irimiqyaslı beynəlxalq layihələrin uğurlu icrasını təmin edən əsas amildir - Özəl

  • + A
  • - A
  • 31-10-2023, 18:04

    Dövlət dəstəyi ölkəmizdə irimiqyaslı beynəlxalq layihələrin uğurlu icrasını təmin edən əsas amildir -



    Masallı, 31 oktyabr — Azadmedia.az

    Dövlət dəstəyi ölkəmizdə irimiqyaslı beynəlxalq layihələrin uğurlu icrasını təmin edən əsas amildir.

    Bu gün Azərbaycanda ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi və dövlət tərəfindən qarşıya vəzifə olaraq qoyulmuş digər bu kimi vacib məsələlərin həlli üçün ölkəmizdə bərpaolunan enerji istehsalının inkişaf etdirilməsi istiqamətində atılan addımlar xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda məhz bu sahədə irimiqyaslı beynəlxalq layihələr gerçəkləşdirilməkdədir. Ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində böyük potensiala malik olması da bir çox təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Məlumdur ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt-dır. Həmçinin hökumət tərəfindən 2030-cu ilə qədər ümumi enerji qoyuluşunda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmaq planlaşdırılıb. Bu baxımdan əlbəttə ki, 26 oktyabr 2023-cü il tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi çox əhəmiyyətli bir hadisədir. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Bu da öz növbəsində atmosferə atılan karbon emissiyasının 200 min ton azaldılmasına imkan verəcək.
    Partiya fəalı vurğulayıb ki, Azərbaycanın “yaşıl enerji” sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığının dövlətimizin birbaşa dəstəyi ilə həyata keçirilməsi yüksək göstəricilərin əldə olunmasını təmin edən əsas amildir: “Qaradağ GES-in açılış mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığını yüksək qiymətləndirmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə səmərəli əməkdaşlığın nəticəsi kimi reallaşdırılmış bu layihə iki qardaş ölkənin birgə gedəcəkləri böyük bir yolun başlanğıcıdır. Tədbirin iştirakçıları arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirinin olması isə, Azərbaycana göstərilən ehtiramın təzahürüdür. Azərbaycan dövlətinin və şəxsən cənab Prezident İlham Əliyevin bu layihənin icraısına dəstəyi, hökumətin göstərdiyi yardım və dəstək sayəsində çox qısa vaxt ərzində böyük nailiyyətlər əldə olunub. Əlbəttə ki, dünyanın aparıcı şirkətlərinin, o cümlədən bərpaolunan enerji sahəsində dünya liderlərindən olan “Masdar”ın Azərbaycana sərmayə qoyması bir daha onu göstərir ki, ölkəmizdə xarici investisiya qoyuluşu üçün çox cəlbedici imkanlar yaradılıb. Azərbaycanda çox gözəl investisiya mühiti mövcuddur və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini vaxtında və məsuliyyətlə yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması dövlətimizin əsas prioritetlərimizdən biridir.
    Fikirlərini davam etdirən müsahibimiz həmçinin qeyd edib ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın artıq yaşıl enerji zonası kimi elan olunması Azərbaycan dövlətinin bu sahədə öz nəhəng potensialını reallaşdırmaq istiqamətində atdığı mühüm addımlar kimi qiymətləndirilməlidir: “Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları alternativ və bərpaolunan enerji mənbələri ilə çox zəngindirlər. Məhz buna görə Prezidenti İlham Əliyevin düşməndən təmizlənən yaşayış sahələri ilə bağlı müəyyənləşdirdiyi iqtisadi inkişaf kursunda həmin iqtisadi ərazilər “yaşıl enerji” zonasına çevriləcək əsas istiqamətlərdən biri hesab olunur. Hazırda ölkəmizin işğaldan azad olunmuş ərazilərində 4 min MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialının mövcud olması əsasında bu bölgələrdə aparılan quruculuq işlərində məhz “yaşıl enerji” layihələrinə üstünlük verilir. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Dövlət başçımızın qeyd etdiyi kimi, bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Həmçinin cənab Prezident İlham Əliyev dövlətin bərpaolunan enerji gündəliyinin təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmadığını diqqət mərkəzinə çəkdi və bildirdi ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialı da fəal şəkildə inkişaf etdirilir. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra isə hidroelektrik stansiyalarının gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır.

    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi





    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR