AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident: Avropada Azərbaycan qazına böyük tələbat var və o, artır

  • + A
  • - A
  • 9-12-2023, 15:15

    Prezident: Avropada Azərbaycan qazına böyük tələbat var və o, artır

    Azərbaycanda qalıq yanacaq layihələrinə xarici investisiyalar davam edəcək, çünki ölkənin böyük resurs potensialı var və Avropada Azərbaycan qazına böyük tələbat var. Bu tələbat artır. Prezident İlham Əliyev bunu Avropa telekanallarından birinə müsahibəsində deyib.

    Bərpa olunan enerji resursları sektorunun da nəzərəçarpacaq sürətlə inkişaf etdiyini qeyd edən dövlət başçısı vurğulayıb: “Düşünürəm ki, bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Keçən ay biz tamamilə xarici sərmayədarların vəsaiti hesabına tikilmiş 230 MVt gücündə regionun ən böyük günəş elektrik stansiyasının açılışını etdik. Yaxın beş-altı il ərzində isə 10 GVt-a qədər günəş və külək enerjisi istehsal etmək planlaşdırılır. Düşünürəm ki, bunlar rəqəmsal transformasiya gündəliyimizlə yanaşı investisiyanın əsas sahələri olacaq”.

    Əliyev Azərbaycanda energetikanın inkişafının neftdən qaza keçdiyinə diqqət çəkib.

    “Eyni zamanda, neft hasilatı və ixracı hələ də bir çox ölkələr üçün enerji təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Lakin 3500 km uzunluğunda inteqrasiya olunmuş boru kəməri sistemi olan “Cənub Qaz Dəhlizi” əsas qaz infrastrukturu layihəsinin təxminən üç il əvvəl başa çatdırılması ilə Azərbaycan öz qaz tədarükünün coğrafiyasını genişləndirmək imkanı əldə etdi. Bu gün biz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniyaya qaz ixrac edirik, Macarıstan və Serbiya ilə müqavilələr imzalamışıq. Albaniya da qaz paylama planlarımızın bir hissəsi olacaq.

    Avrasiyanın bir çox ölkələri, xüsusilə Avropa ölkələri bizim tərəfdaşlarımızdır. Və Azərbaycan qazına tələbat artır. Biz Avropa Komissiyasının Rusiyaya qarşı sanksiyalarla bağlı Avropa qitəsinə qaz nəqlinin artırılması ilə bağlı müraciətinə müsbət cavab verdik. Bu, biznesimizin vacib bir hissəsi olaraq qalmağa davam edəcəkdir. Eyni zamanda, mən artıq bərpa olunan enerji mənbələrini qeyd etdim. Bu gün Bakıda hava çox küləklidir ki, bu da ümumilikdə normal hava şəraitidir. Xüsusilə Xəzər dənizində külək enerjisi üçün böyük potensialımız var. Artıq 10 GVt günəş və külək enerjisi layihələri üçün müqavilələr və anlaşma memorandumları imzalanıb. Bu, Azərbaycana qalıq yanacaqlardan bərpa olunan enerji mənbələrinə çox rahat keçid etməyə və eyni zamanda Avropa istehlakçılarını “yaşıl” enerji ilə təmin etməyə imkan verəcək”, - deyə dövlət başçısı qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR