AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın iqtisadi inkişafı apardığımız islahatlar hesabınadır

  • + A
  • - A
  • 9-12-2023, 15:20

    Azərbaycanın iqtisadi inkişafı apardığımız islahatlar hesabınadır

    Avropa jurnalistlərinə müsahibə verən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı islahatlarla şərtlənir.

    “Biz iqtisadiyyatı şaxələndirməyə və neft-qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Baxmayaraq ki, neft-qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir”, - deyə prezident bildirib.

    Bu il Azərbaycan iqtisadiyyatının artımının bir qədər mülayim olduğunu, bunun da neft hasilatının bir qədər azalması ilə bağlı olduğunu vurğulayan dövlət başçısı vurğulayıb: “Son iyirmi ildə Azərbaycanın ümumi daxili məhsulu dörd dəfədən çox artıb. Və bu çox nəzərə çarpan bir nailiyyət idi. Və eyni zamanda, diqqətlə düşünülmüş sosial siyasət həyata keçirə bildik. Beləliklə, son iyirmi ildə biz yoxsulluğun səviyyəsini 50 faizdən 5,5 faizə endirə bilmişik. Bu onu göstərir ki, enerji layihələrinin icrası nəticəsində əldə edilən maddi nemətlər ölkəmiz əhalisinin bütün təbəqələri arasında ədalətli şəkildə bölüşdürülüb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR