ABŞ dekabrın sonunda Ukraynaya yeni hərbi yardım paketini elan edəcək.
Azadmedia.az xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
Belə ki, "Biz hələ də bu ayın sonunda Ukrayna üçün bir yardım paketi planlaşdırırıq", - deyə Kirbi bildirib.
Onun sözlərinə görə, Konqres əlavə vəsaitin ayrılması ilə bağlı qərar qəbul etməsə, ABŞ-ın Kiyev rejimini dəstəkləmək üçün artıq resursları olmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.