Ermənistan Təhlükəsizlik Şurası Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı məsələləri müzakirə edib. Ermənistan KİV-i xəbər verir ki, çərşənbə axşamı baş nazir Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, iqtisadiyyat naziri Vahan Kerobyan təqdimatlarla çıxış ediblər.
İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan prezidenti Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan və digər rəsmi şəxslər də iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.