İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Dohada HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Azadmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, “Danışıqlar zamanı tərəflər Qəzza zolağı və İordan çayının qərb sahilindəki siyasi vəziyyəti, eləcə də son hadisələri müzakirə ediblər”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, görüş HƏMAS-ın Dohadakı mənzil-qərargahında baş tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.