Rusiyanın Ukraynaya qarşı müharibəsi təkcə Kiyevi deyil, həm də Avropa demokratiyasını təhdid edir.
Azadmedia.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Belə ki, o, bildiribki, Putin qalib gələrsə, AB layihəsi böyük zərər görəcək:
“Əgər biz tez bir zamanda kursumuzu dəyişməsək və bütün imkanlarımızı səfərbər etməsək, Putinin Ukraynadakı müharibədə qalib gəlməsinə imkan versək və Qəzzada faciəni dayandıra bilməsək, layihəmizə ciddi ziyan dəyəcək”.
Qeyd edək ki, Borrellin sözlərinə görə, məsələ qısa müddətdə Rusiyanın Ukraynanı cəbhə xəttində məğlub edib-etməməsi deyil, Avropanın Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almaq üçün nə etdiyidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.