Ukraynanın AB-yə daxil olması ilə bağlı danışıqlara başlaması ölkə vətəndaşlarına real yardım gətirmir, bu, sadəcə, siyasi jestdir. Azadmedia.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Belə ki, “AB-yə üzv dövlətlər Macarıstanın razılığı olmadan qurumun büdcəsindən Ukraynaya maliyyə dəstəyi ayırmaq qərarı verə bilməz. Yalnız büdcədənkənar ödənişlər barədə razılığa gələ bilər, məsələn, qalan 26 ölkə bu məqsədlə ümumi kredit götürər. Avropa Komissiyasının Macarıstanın AB müqaviləsinin 7-ci maddəsinə uyğun olaraq səsvermə hüququndan məhrum edilməsi prosesinə başlamaq üçün heç bir səbəb yoxdur”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.