Dekabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələləri, eləcə də mövcud regional vəziyyəti müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.