Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir. Azadmedia.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa təcili müraciəti zamanı deyib.
Belə ki, "Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir, onlar bunun heç birindən yaxa qurtara bilməyəcəklər və biz təsadüfi nümayişçilərin heç birinə zərər verməmək üçün yumşaq reaksiya göstəririk”, - deyə Vuçiç bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.